Daha iki ölkə Dünya çempionatı 2018-ə vəsiqə qazanıb

Daha iki ölkə Dünya çempionatı 2018-ə vəsiqə qazanıb
  • İDMAN

Tunis və Mərakeş yığmaları Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı - 2018-ə vəsiqə qazanıb.

Aktual.az report.az-a istinadən bildirir ki, Tunis millisi Afrika qitəsi üzrə keçirilən təsnifat mərhələsinin 6-cı turunda Liviya ilə heç-heçə edib və "A" qrupunun turnir cədvəlində Konqo Demokratik Respublikası üçün əlçatmaz olub.

Rades şəhərində keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.
Mərakeş yığması isə "C" qrupunda Fildişi Sahilinə qalib gəlib. Abicanda baş tutan matç 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
DÇ-2018 - Afrika. A Qrupu. 6-cı tur
Tunis - Liviya - 0:0
DÇ-2018 - Afrika. C Qrupu. 6-cı tur
Fildişi Sahili - Mərakeş - 0:2
0:1 - Dirar - 25, 0:2 - Benatia - 30
Mərakeş yığması 1998, Tunis isə 2006-cı ildən bu yana dünya çempionatlarında iştirak etmir.
 
Aktual.az
Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR