Daha bir yolda hərəkət məhdudlaşdırılır

Daha bir yolda hərəkət məhdudlaşdırılır

Bakının Yasamal rayonunun Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Bu barədə Aktual.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Məlumata görə, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 
Aktual.az
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR