Daha bir xidmət yoxlamaları dayandırdı

Daha bir xidmət yoxlamaları dayandırdı

Əliabbas Bağırov: "BŞTXD tərəfindən alkoqollu içkilərə və tütün məhsullarının satışına lisenziyanın verilməsi dayandırıldı"

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti (BŞTXD) alkoqollu içkilərə və tütün məhsullarının satışına lisenziyanın verilməsini, eləcə də qurumun səlahiyyətinə aid olan yoxlamaları dayandırıb.
Bu barədə məlumatı movqe.az-a qurumun mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov verib. Ə. Bağırov bildirib ki, ölkə başçısının müvafiq fərmanına əsasən, alkoqollu içkilərə və tütün məhsullarının satışına lisenziyanın verilməsi "ASAN" xidmət tərəfindən icra ediləcək.

Xatırladaq ki, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Eyni zamanda prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub. Qanun layihəsi millət vəkilləri tərəfindən müzakirəsinə çıxarılmadan səsə qoyularaq qəbul edilib.

Xəbər 1011 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR