Daha bir sahibkar Prezidentə müraciət etdi: GORANBOYDAKI QIZILHACILI BƏLƏDİYYƏSİNƏ GÖRƏ

Daha bir sahibkar Prezidentə müraciət etdi: GORANBOYDAKI QIZILHACILI BƏLƏDİYYƏSİNƏ GÖRƏ

7NEWS.az xəbər verir ki, son 2 ildə Goranboyda baş verən kütləvi özbaşınalıqlara görə vəziyyət dözülməz hala gəlib. Goranboy rayon Qızılhacılı qəsəbə bələdiyyəsi demək olar ki, bütün sahibkarları müflis edib, təsərrüfatlarını məhvə sürükləyir. Daxil olan növbəti müraciəti təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Cənab Prezident, Ali Baş Komandanım!

Mən Goranboy rayon Qızılhacılı qəsəbə sakini sizin sadiq əsgəriniz Verdiyev Arzu Vəli oğlu şikayətimə keçməmişdən əvvəl Sizi 11aprel Seçkilərində xalqın əzizi çoxluğunun səsi ilə yenidən prezident seçilməyiniz münasibətilə ailəm və öz adımdan təbrik edirəm.

Cənab Prezident,

Qəsəbəmizdə bələdiyyə sədri Məzahir Allahverdiyevin özbaşınalığından dolayı sizə müraciət edirəm.

Mən Qızılhacılı qəsəbəsində fərdi surətdə əkinçilik və maldarlıqla məşğul oluram. Möhtərəm Prezident sizin pambıqçılığın inkişafetdirilməsi proqramını qəbul etmənizdən ruhlanaraq 2017-ci ildə 5 ha sahədə pambıq əkdim. 5 ha 17,5ton məhsuldarlıq əldə etdik.Amma və lakin bələdiyyə sədrinə mənə yeni torpaq sahəsi ayrılması üçün etdiyim müraciət şəxsimin hədələnməsi və əlimdəki  torpağın alınması ilə nəticələndi.

Cənab Prezident,

Qızılnacılı qəsəbəsində bir qrup şəxs və şəxslər tərəfimdən torpaq ağalığı yaradılıb.

Hektarını bələdiyyədən 3-4 manata götürüb fərdi şəxslərə ən yaxşı halda 100-150 manata icarəyə verirlər. Goranboy rayon İcra hakimiyyətinə müraciətimiz nəticəsiz qalır.Mənim icra başçısı Nizaməddin Quliyevə şəxsimin 35 sot yerim olduğu bu yerdə 7 nəfər ailənin necə saxlayacağım barədə şəxsən ünvanladığım müraciət "mənə nə get necə dolanırsan dolan”-deyə cavablandırılıb.

Cənab Prezident,

Əslində bu sizin cəbhə bölgələrinin iqtisadi inkişafı və əhalinin maddi rifah halının yaxşılaşdırılması siyasətinizə daban-dabana ziddir.

Şəxsim Azərbaycan Respublikasına və şəxsən Sizə sona qədər sadiqəm. Bir qrup məmurun dövlətin fərdi sahibkarlığa dəstək siyasətinə zidd gedərək Gorarboy rayonunun Qızılhacılı qəsəbəsində etdiyi özbaşınalığıaraşdırılıb bizə köməklik edəcəyinizə ümid edirik.

 
Aktual.az
Xəbər 545 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR