Daha bir məmur işdən çıxarıldı - SƏRƏNCAM

Daha bir məmur işdən çıxarıldı   - SƏRƏNCAM

Etibar Niftəliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Zaman Novruzov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Qurban Nəzirov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsindən çıxarılıb. Dövlət başçısının digər sərəncamı ilə Hicran Valehov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin olunub.

Xəbər 949 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR