Daha bir ölkə də eynicinslilərin evlənməsinə İCAZƏ VERDİ

Daha bir ölkə də eynicinslilərin evlənməsinə İCAZƏ VERDİ

Şotlandiyanın Yepiskopal Kilsəsi (protestant) eynicinsli nikaha icazə verib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, kilsə rəhbərlərinin toplantısında (sinod) bu qərar yekdilliklə qəbul edilib. Həmçinin qərara alınıb ki, bundan sonra anqlikan kilsələrində ibadət edən bütün gey xristianlar Şotland Yepikopal Kilsəsində nikah bağlasınlar.
Qeyd edək ki, İngiltərə və Uels 1967-ci ildə homoseksual münasibəti cinayət siyahısından çıxarmışdı. Və bununla da 21 yaşından yuxarı kişilərə özəl həyatlarında eynicinsli münasibətə girməyə izn verilirdi. 1994-cü ildən isə yaş həddi 18-ə endirildi.
2013-cü il 17 iyunda isə İngiltərə və Uels ərazisində eynicinsli nikaha izn vermişdi. Hazırda Böyük Britaniyada yalnız Şimali İrlandiya mühafizəkarlığını saxlayır.
2015-ci ilin aprelində Britaniya müəllimləri milli ittifaqının konfransında belə qərara gəlinmişdi ki, tədris prosesində homoseksuallıq tənqid olunmasın, azad sevgiyə tolerant yanaşılsın. Pedaqoqlar hesab edirdilər ki, XXI əsrin şagirdi cinsi istəklərə nornal yanaşmalı və daxili hislərinə əsasən gələcək orientasiyasını müəyyənləşdirməlidir.
 
Aktual.az
Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR