Daha bir dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıdı

Daha bir dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıdı

Sloveniya Milli Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, qərar şura üzvü Rudi Matjasicin təşəbbüsü ilə qəbul olunub. 

Qərarda Milli Şura Sloveniya hökumətinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlik səylər çərçivəsində BMT-nin münaqişə ilə bağlı müvafiq qətnamələrini dəstəkləməyi təklif edib.

Sloveniyanın Milli Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə öz doğma yurd-yuvalarına qayıtmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələri əsasında həllinin dəstəklənməsinə çağırır.

Sənəddə bütün hallarda etnik təmizləmə, qırğın və mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin kəskin pislənilməli olduğu qeyd olunaraq, bu xüsusda Ermənistan silahlı qüvvələri tərəfindən 26 fevral 1992-ci il tarixində Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımın insanlığa qarşı cinayət olduğu vurğulanıb və faciənin 24-cü ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı ifadə olunub.
Sənəddə deyilir: “26 fevral 2016-cı ildə 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 nəfər dinc sakinin Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində amansızcasına qətlə yetirilməsi və çoxlu sayda mülki insanın itkin düşməsindən 24 il keçir". Qərarda insanlığa qarşı cinayət olan bu hadisənin dünyanın əksər hökumətləri tərəfindən pislənildiyi vurğulanıb.

Təşəbbüsdə BMT Baş Assambleyası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrində Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunaraq, münaqişənin həllinin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyünə, xüsusilə BMT TŞ-nın müvafiq dörd qətnaməsinə (822, 853, 874 və 884) əsaslanmalı olduğu bildirilib.

Qeyd edək ki, Meksika, Pakistan, Honduras, Qvatemala, Kolumbiya, Panama, Peru, Bosniya və Hersoqovina, Sudan, Çex Respublikası və Rumıniyanın parlamentləri və ABŞ-ın 16 ştatının yerli qanunverici orqanı, İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı tərəfindən Xocalı faciəsini soyqırım və insanlıq əleyhinə cinayət kimi tanıyan, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını pisləyən, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini və münaqişənin BMT TŞ-nın 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələri əsasında həllini dəstəkləyən müxtəlif sənədlər qəbul edilib.

Xəbər 666 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR