Daha bir Avropa şirkəti "Şahdəniz" qazı alacaq

Daha bir Avropa şirkəti

İtaliyanın "Edison" və İspaniyanın "Gas Natural Fenosa" şirkətləri Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazın alışına dair saziş imzalayıblar.

Aktual.az bildirir ki, bu barədə Trend "Edison" şirkətinə istinadən məlumat verir.
Sazişə əsasən, ildə bir milyard kubmetr qaz alışı haqqında müqavilə "Edison"a keçir.
Sövdələşmənin ümumi dəyəri 30 milyon avro təşkil edir. Bu məbləğdən 10 milyon avro ilkin ödəniş olacaq, qalan hissə isə İtaliyaya Transadriatik qaz kəməri (TAP) vasitəsilə ilk tədarükdən sonra, 2021-ci ildən etibarən ödəniləcək.
Bundan başqa, razılaşmaya əsasən, "Edison" "Gas Natural Fenosa"ya məxsus "Gas Natural Vendita" şirkətini də əldə edəcək. Sövdələşmənin dəyəri 192,8 milyon avro təşkil edir.

Xatırladaq ki, 2013-cü ildə "Gas Natural Fenosa", "Shell", "Bulgargaz", DEPA , EON, "Gaz de France", "Hera", "Enel" və "Axpo" şirkətləri ilə "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsində 25 il müddətinə ildə 10 milyard kubmetr qaz alışına dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən, "Gas Natural Fenosa" 25 il ərzində bir milyard kubmetr qaz almalı idi.
Qeyd edək ki, "Şahdəniz-2" layihəsinin icrası çərçivəsində illik qaz hasilatı həcmi 9 milyarddan 25 milyard kubmetrə qədər artırılacaq.
 
Aktual.az
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR