Dado Əliyev Natavandan danışdı: "...mənim də səbrimin sonu var"

Dado Əliyev Natavandan danışdı:

"Aramızda çox böyük və ciddi problem yaşandı, əsəbimizə hakim ola bilmədik”.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bunu müğənni Natavan Həbibinin həyat yoldaşı Dado Əliyevboşanmaları haqqında söz-söhbətə münasibət bildirərkən deyib. O, bütün bunların onun təqsiri ucbatından baş verdiyini və bu gündən sonra bütün söhbətlərə son qoyduğunu vurğulayıb:
"Natavan xanımı boşanmağımız barədə açıqlama verməyə mən məcbur etdim. Yoxsa o, bunu istəmirdi. Aramızda çox böyük və ciddi problem yaşandı. Əsəbə hakim ola bilmədik. Mən onu açıqlama verməyə məcbur edərkən instaqramda yazacağına inanmırdım... mənim ucbatımdan oldu. Ümid edirəm ki, biz nə vaxtsa, barışacağıq. Barışmasaq belə, bu, o demək deyil ki, kimsə bizim haqqımızda gözünü yumub ağzına gələni danışa bilər. İcazə vermərəm! Bizi istəyənlər də, istəməyənlər də sağ olun. Gözümüzü bir az da açdılar. Dostumuzu-düşmənimizi aydın görə bildik”.
Dado Əliyev ailəsinin bir arada olması üçün əlindən gələni edəcəyini deyib: "Boş söhbətlərə, hansısa tanımayanların sözünə əsla inanmayın. Mən kişiyəm. Pula satılan məxluqların söhbəti ancaq bizi güldürə bilər. Saxta evlilik, alınan bəy, kiminsə acığına edilən toy və s… kino kimi...sadəcə, heyif ki, indi ailəmlə oturub bunlara gülə bilmirik. Həmin şeyləri danışan, "özlərini reklam edirlər” deyənlərin başına belə hadisə gəlsə, biz "əcəb oldu” demərik. Həyatdır, Allahın qismətidir” deyib, xoşbəxtlik arzu edərdik. Hər şeyin sonu olduğu kimi mənim də səbrimin sonu var. Ağıllı olun, mövzu bağlandı. İmkan verin, problemimizi həll edək. Gündə bir söz çıxartmayın. Bir dəfə dedik, bitti. Sadəcə olaraq, doğmalarımızı üzür. Biz də heç bunu istəmirik. Heç kimin günahını almayın, haqqına girməyin. Bizim günahlarımızı da alan çox adam tapıldı”.

Aktual.az 
Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR