Dad duyğumuz 4 yox, 6 imiş

Dad duyğumuz 4 yox, 6 imiş

Kaliforniya texnologiya institununun mütəxəssisləri müəyyən ediblər ki, məməlilər suyun dadını hiss edə bilirlər.
 
"Ölkə.Az" xəbər verir ki, tədqiqatın nəticələri uzun illərdir davam edən "suyun xüsusi dadı varmı və biz bunu hiss edirikmi"-mübahisəsinə nöqtə qoyub.

Əvvəllər məlum olmuşdu ki, insan 4 dadı-turş, şirin, duzlu və acını hiss edə bilir. Sonra isə beşinci "ətli" dad əlavə edildi. Bu isə yüksək zülallı maddələrin dadıdır. İndi isə alimlər müəyyən ediblər ki, altıncı dad, yəni su dadı da var.

Tədqiqat zamanı alimlər geni dəyişdirilmiş siçanların müəyyən reseptorlarını "söndürüblər". Sonra isə onların ağzına su damızdırıblar və hansı hüceyrələrin reaksiya verəcəyini müəyyənləşdiriblər. Məlum olub ki, turş dada reaksiya verən reseptorlar suya da reaksiya verib.
 
Aktual.az
Xəbər 703 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR