D-8 ölkələrinin birgə universiteti yaradılacaq

D-8 ölkələrinin birgə universiteti yaradılacaq

İranda D-8 sammiti ölkələrinin birgə universiteti yaradılacaq.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, bu universitetdə bütün D-8 ölkələrinin tələbələri təhsil ala bilər.
R.T.Ərdoğan əlavə edib ki, D-8 ölkələri bütün sahələrdə münasibətləri möhkəmləndirməlidir.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 sammitində xüsusi qonaq qismində iştirak edib.
D-8 sammiti bu gün İstanbulda baş tutub. Sammitdə üzv ölkələr - Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan iştirak edib.
 
Aktual.az
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR