“Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filmi təqdim olunub

“Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filmi təqdim olunub

1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti milli təfəkkürün dövlət təntənəsi, Azərbaycan coğrafiyasının vahid hüquqi ərazidə bir sınır olaraq yaradılması idi. Düz 100 il əvvəl Azərbaycan bu günü yaşayaraq Azərbaycan Demokratik Respublikasını qurub, ümumi bayraq altında öz Cümhuriyyətini elan etdi.

Aktual.az-ın məlumatına görə, məhz bu unudulmaz və qürurverici məqamı əbədiləşdirmək məqsədilə, "Veysəloğlu Şirkətlər Qrupu" özünün təşəbbüskarlığı və "Cinealliance" Kino şirkətinin yaradıcı komandası ilə "Cümhuriyyətin 9 şəkli" filmini ərsəyə gətirməyi qərara alıb.
Baş verənlər tarixçi, salnaməçi baxışından deyil, bir sıravi əsgər baxışından açıqlanması, Qafqaz İslam ordusunun əsgəri və eyni zamanda fotoqrafı olmuş sıravi əsgərin illər keçəndən sonra belə ailəsində yaşanan ideoloji mühitin yaradılmasıdır.
Filmdə o dövrdə baş verən mühüm hadisələri özündə əks etdirən doqquz şəkil canlanır. Bu şəkillər vasitəsi ilə Azərbaycan Demokratik Respublikasının doqquz fərqli sahədə əldə edə bildiyi uğurlar gündəmə gətirilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir.
Vizual mətnin əsas mesajı iki illik möhtəşəm tarixi bir insanın düşüncə süzgəcindən keçirə bilməsidir. Bu günki tamaşaçıya bəsit dəlillərlə və çox sadə bir dildə tarixin çatdırılmasıdır. O, möhtəşəm iki ildə dövlət quruculuğu prosesinin bir çox sahələrə uğurla şaxələnməsi, hüquq mühafizə, məhkəmə, bank, poçt teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş uğurlar xüsusi olaraq filmdə vurğulanır.
Aktyor oyunu, bədii mətnlə müşayiət olunan foto və videoarxiv ilə bərabər rəsm cizgilərinin anidən canlanması və digər mənbəyə fokuslanması Azərbaycan kinosu üçün yeni bir sintez mədəniyyəti formalaşdırır.
Film baba ilə nəvənin timsalında iki müxtəlif baxış bucağının, iki müxtəlif yaş nəslinin Azərbaycan Demokratik Respublikasına olan oxşar münasibətidir. Hər iki nəsil öz şanlı tarixinə hörmət edir. Olanları yüksək dəyərləndirir. Ancaq belə bir ideoloji mühit vətənə bağlı əsgər yetişdirə bilər. Necə ki filmin qəhrəmanı olan uşaq əsgər olmaq arzusu ilə belə bir ideoloji mühitdə böyüyür.
Aktual.az
Xəbər 2255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR