Cocuq Mərcanlıya telefon çəkilir

Cocuq Mərcanlıya telefon çəkilir

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində telekommunikasiya infrastrukturunun yaradılması üzrə işlər başa çatıb.

Aktual.az-ın məlumatına görə, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Telekommunikasiya şəbəkəsinin 28 May - Respublika Günündə istifadəyə verilməsi planlaşdırılır.

Cocuq Mərcanlı kəndində telekommunikasiya infrastrukturunun yaradılması üzrə işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığı əsasında həyata keçirilirdi.

Bu işlər çərçivəsində kənddə 64 nömrə tutumlu telefon stansiyası tikilib və 10 kilometr uzunluğunda optik xətt çəkilib.
 
Aktual.az
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR