Paytaxtdakı çökmə ilə bağlı geoloji-kəşfiyyat işləri aparılır

Paytaxtdakı çökmə ilə bağlı  geoloji-kəşfiyyat işləri aparılır

Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində müvəqqəti çəkilmiş yolun çökmə səbəbinin aşkar edilməsi ilə bğalı müvafiq səlahiyyətli qurumlar tərəfindən geoloji-kəşfiyyat işləri aparılır.

Aktual.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri  Bəxtiyar Məmmədov bildirib. 
"Bununla bağlı yayılmış ilkin məlumata əsasən, yol səthindən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. Həmin ərazidə metro stansiyasının tikintisi üçün sahə 2012-ci ildə ayrılıb. Ərazidən keçən əsas yol metro stansiyasının inşaatı üçün bağlandığından, qeyd edilən müvəqqəti yol alternativ kimi 2013-cü ildə salınıb. Hazırda məsələ ilə bağlı müvafiq səlahiyyətli qurumlar tərəfindən aparılan araşdırma işlərində "Bakı Metropoliteni"nin nümayəndələri də iştirak edir. Bununla bağlı əlavə məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq", - deyə o, qeyd edib. 
 
Aktual.az
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR