Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 218 cinayət faktı qeydə alınıb, onların da 48-i "isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Aktual.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 35 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.
Xəbər 77 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR