“Chrome”un yeni versiyası reklamları bloklayacaq

“Chrome”un yeni versiyası reklamları bloklayacaq

Google”un tərtibatçıları "Chrome” brauzerinin mobil versiyasına reklamların blok edilməsi funksiyasını əlavə edib. 

Aktual.az-ın məlumatına əsasən, bu barədə İKT.lent.az "TechCrunch” saytına istinadən xəbər verir.

Yeni funksiya ayrı-ayrı reklam növlərini, xüsusən bezdirici reklamları bloklayacaq.

Artıq funksiya brauzerin test versiyasında tətbiq olunur.

Yeni funksiyanın yaradılması istifadəçilərin internetdə reklam bloklayıcı vasitələrə getdikcə daha çox üstünlük verməsi ilə əlaqədardır. Belə ki, ötən il 10% istifadəçi bu cür vasitələrdən yararlandığı halda, bu il bu göstərici 3 dəfə artıb. Mobil istifadəçilər reklamlardan daha çox narazılıq edir.  
 

Aktual.az

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR