"Cəzaçəkmə müəssisələrində baş verən ölüm halları şişirdilir"


Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində baş verən ölüm hadisələri maraqlı şəxslər tərəfindən şişirdilir.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abasbəyli deyib.
Komitə üzvü bildirib ki, cəzaçəkmə müəssisələrində baş verən ölüm hallarını bəzi şəxslər şişirtməklə cəmiyyətdə rezonans yaratmaq istəyirlər: "Adi həyatda da ölüm halları baş verir. Bu, təbii ölümdür və azadlıqda olduğu kimi cəzaçəkmə müəssisələrində də baş verir. Müxtəlif xəstəliklərdən, qocalıqdan və sair. Bunu şişirtmək doğru deyil. Penitensiar Xidmətdə baş verən ölüm hadisələri araşdırılır. Bəziləri Azərbaycanın cəzaçəkmə müəssisələrini 20 il əvvəlki müəssisə kimi tanıyır. Amma bu, belə deyil. Bütün cəzaçəkmə müəssisələrində hazırda normal şərait var. Bundan başqa, cəzaçəkmə müəssisələrindəki məhbuslar öz hüquqlarını kifayət qədər bilirlər".
Ə.Abasbəyli qeyd edib ki, cəzaçəkmə müəssisəsinin əməkdaşları məhbuslara görə məsuliyyət daşıyırlarlar: "Onları hansısa bir səhv hərəkətə görə cəza gözləyir. Penitensiar Xidmətin müalicə müəssisələrində məhbusların müayinə və müalicəsi üçün kifayət qədər yüksək səviyyəli şərait yaradılsa da, elə xəstəliklər var ki, onların qarşısını yüksək səviyyəli, peşəkar həkimlər də ala bilmirlər. Məsələn, ağır vərəm xəstəliyi, xərçəng xəstəliklərindən əziyyət çəkən məhbuslar müalicə müəssisəsinə gətirilirlər. Orada lazımi yardımlar, müalicələr aparılsa da, onların həyatını xilas etmək olmur. Bu hallar adi həyatda da baş verir. Lakin cəzaçəkmə müəssisələri qapalı yer olduğu üçün ictimaiyyətin diqqət mərkəzindədir".
 
Aktual.az
Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR