“Ceyhan” limanından satılan Azərbaycan neftinin həcmi açıqlandı

“Ceyhan” limanından satılan Azərbaycan neftinin həcmi açıqlandı

SOCAR məlumat yaydı.

2016-cı ilin yanvar ayı ərzində 2 milyon 848 min 91 ton Azərbaycan nefti (bir ildə 15% artım) “Ceyhan” limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 510 min 914 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib).

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR)  bildirilib. 

“Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il fevral ayının 1-ə qədər “Ceyhan” limanından 294 milyon 41 min 863 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb”, - deyə şirkətdən qeyd edilib. 

Bundan başqa, şirkətdən bildirilib ki,  2016-cı ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 288 min 590 ton Azərbaycan nefti nəql olunub. 

“Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il fevral ayının 1-ə qədər BTC-yə 294 milyon 963 min 979 ton neft vurulub. 2016-cı ilin yanvar ayında BTC kəməri ilə 358 min 533 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub”, - deyə SOCAR-dan bildirilib.                               

Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR