Cənab prezident! - "Ailəmiz təhlükədədir" - Laçın prokuroru və rəisindən ŞİKAYƏT

Cənab prezident! -

Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə
 Surəti: Heydət Əliyev Fondunun Prezidenti
                      Mehriban Xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroruna
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə
Surəti: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə
Surəti: Azərbaycan Respublikasının Milli Məclisinin Sədrinə
Surəti: Azərbaycan Respublikasının FHN-nə
Surəti: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə
Surəti: Azərbaycan Respublikasının Qaçqın və Məcburu
Köçkünlər üzrə Dövlət Komitəsinə
Surəti: Azərbaycan Respublikasının Ali Məhləməsinə
Surəti: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları
Müvəkkili Elmira Süleymanovaya.
 
Ağcəbədi rayon Taxtakörpü ərazisində
müvəqqəti məskunlaşmış Laçın rayon
Qarakeçdi kənd sakini Verdiyev Nürələm Muradalı oğlu tərəfindən,
 
 Müraicət
Cənab prezident!
 
Bildirirəm ki, 2014-cü il sentyabrın 15 də gecə saat 04:00 radələrində qardaşımın VAZ 015 markalı avtomobilini qamışdan tikilmiş yaşadığı daxmasının yanında yandırıblar. Maşın tamamilə yararsız hala düşüb. Hadisə ilə bağlı Laçın Rayon polis şöbəsinə və Laçın rayon Prakrorluğuna məlumat versək də, polis şöbəsinin rəisi Məmməd Kərimov və rayonun Prokruru Ceyhun Almazov bu cinayəti hansısa yollarla ört basdır edirlər. Biz qardaşlar və yaxın qohumlarımız pul yığıb qardaşıma ikinci avtomobili aldıq. 2016-ci yanvarın 14 də gecə təxminən 11-12 radələrində qardaşıma məxsus olan Merssedes190 markalı ikinci avtomobili də evlə birlikdə yandırıblar. Yanğın vaxtı qardaşım, 85 yaşlı xəstə anam və ailəsi 3 azyaşlı uşağıynan bir yerdə evdə olublar. Təsadüfən qonşulardan biri bayıra çıxarkən görür ki, qardaşımın evi yanır. Tez telefonla qardaşıma bildirir ki, Xanəli, evindən alov qalxır.
 
 
 
Qardaşım tez-tələsik  bayra çıxır ki, ona məxsus Mercedes190 markalı maşın və ailəsiylə birlikdə içində olduğu daxma yanır. Obada olan qohumlarımız və oba camaatı yığılıb qardaşımın daxmasını və maşınını söndürürlər və ailəni qəsdən törədilmiş bu ölümdən xilas edirlər. Həmin gecə 85 yaşlı anam, qardaşım, həyat yoldaşı  və 3 azyaşlı uşaq boyük pisxoloji sarsıntılar keçirir. Laçın Rayon Polis şöbəsinə məlumat verilir və onlar da hadisə yerinə gəlirlər və orada bildirirlər ki, cinəyatkar yaxud cinayətkarlar burada içimizdədir. Qardaşım və bir çox oba camaatı bildirirlər ki, əgər cinəyatkar içimizdədirsə, niyə tutmursunuz. Sabahısı Laçın rayon polis şöbəsinə və Laçın rayon Prokurorluğuna rəsmi məlumat verdik. Ədliyyə Nazirliyindən ekspert gəldi və müəyyən etdi ki, maşınları və daxmanı qəsdən yandırıblar. Qardaşımın ailəsi içərisində ola-ola. Rayon Polis şöbəsinin rəisi Məmməd Kərimov və rayonun Baş Prokuroru Ceyhun Almazov yenidən bu işi ört-basdır edirlər. Cinayətkarın, yaxud cinəyətkarların əməlini sübuta yetirmək üçün əlimizdə kifayət qadər sübutlar olduğu halda, adlarını çəkdiyim hüqüq mühafizə orqanları bu işi də ört basdır edirlər.
 
Cənab Prezident!
 
 
Bu, bir ailəyə qarşı törədilmiş terrordur. Bizim məmurların terroristlərlə birləşib bizim kimi kasıbların ailələrini məhv etməsi maşınlarının yandırılması, evlərinin dağıdılması bizim ölkəmizin hansı qanununa uyğundur? Axı bizim ölkəmizdə dövlətimizə düzgün xidmət etməyən məmurlar heç də cəzasız qalmır. Biz inanırıq ki, bizim bu haqq işimiz ort-basdır olunmayacaq, və biz dövlətimizə xalqımıza xidmət edəcək 3 uşağı sağlam qorxusuz böyüdüb boya-başa çatdıracağıq. Biz Sizə inanırıq, inanırıq ki,  bizi bu terroristlərin əlindən tezliklə qurtaracaqsınız. Ailələrimiz qorxusuz yaşayacaq. Ailələrimiz hal hazırda qorxu icərisindədir.
Bu hadisələr törədilən tarixdən bəri dövlətimizin bütün hüquq mühafizə orqanlarına poct vasitəsilə, elektron məktub, və s. kimi müraicətlər etməyimizə baxmayaraq təhlükəsizliyimizlə bağlı cinayətkarların cəzalandırılmasıyla bağlı hec bir ciddi iş görməyiblər. (Əllərindəki sübutları ört basdır edirlər Laçın Rayon Polis Şöbəsi və Laçın rayon Prokuroru.)
 
 
Cənab Prezident!
 
Bütün ailəmiz və yaxın qohumlarımızın adından Sizdən xahiş edirik ki, şəxsən özünüz inandığınızDövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından hadisə yerinə göndərəsiniz. Qardaşım və yaxın qohumlarımızın təhlükəsizliyini təmin etdirəsiz.  Qardaımı və ailəsin ölüm gözləyir.
Cənab Prezident!
Siz öz xalqınıza düzgün və layiqli xidmət edirsiniz. Bütün dövlət məmurlarınıza tapşırıqlarınız və tövsiyələriniz o olub ki, xalqa düzgün xidmət etsinlər. Əgər məmurlar bu terroristləri müdafiə edirsə biz bilirik ki, Siz onları mütləq ağır cəzalandırırsıznız.
Cənab Prezident!
Məgər bizim dövlətimizdə bu cür qatı cinəyatkarlar cəzasız qalmalıdır?, Biz görürik ki, hansı məmur və general xalqına dövlətinə xəyənatkarlıq edibsə Siz tərəfdən ağır cəzalandırılıb. Biz inanırıq ki, Siz bizi bu cinəyatkarların əlindən qurtaracaqsınız. Cinayəti dörədən bu qatı terroristlərin cəzalanması barədə aydiyyatı orqanlara tapşırıq verecəksiniz. Cinayətkarlar öz layiqli cəzasını alacaq.
Cənab Prezident!
85 yaşlı xəstə anamın və qardaşımın ailəsi  adından Sizdən artıq dərəcədə xahiş edirəm, yalvarıram, bizlərə kömək edin. Allah Sizi Qorusun!//Miq.az
Xəbər 656 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR