Cəlilabadda insident: 2 nəfər polisə bıçaqla hücum edib

Cəlilabadda  insident: 2 nəfər polisə bıçaqla hücum edib

Cəlilabad Rayon Polis Şöbəsinin qarşısında insident olub.

Aktual.az "Report”a istinadən xəbər verir ki, rayon sakinləri - 27 yaşlı Anar Əmirov və 26 yaşlı İlkin Qurbanov şöbənin yaxınlığında polis əməkdaşları ilə mübahisə edib.
Mübahisə zamanı həmin şəxslər polisləri təhqir edərək onların üzərinə bıçaqla hücum ediblər. Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan havaya atəş açmaq məcburiyyətində qalıb. Bundan sonra A.Əmirov və İ.Qurbanov saxlanılaraq polis şöbəsinə aparılıb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Aktual.az 
Xəbər 560 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR