Cəlilabadda 2 yaşlı körpə dondurmadan ölüb

Cəlilabadda 2 yaşlı körpə dondurmadan ölüb

Cəlilabad rayonunda 2 yaşlı körpə dondurma yeməsi nəticəsində ölüb.

"Report"un Aran bürosunun məlumatına görə, mayın 2-də, 2016-cı il təvəllüdlü Əli Allahverdi oğlu İsmayılovun dondurma yedikdən sonra boğazı şişib. O, halsızlıq və yüksək temperaturla Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılıb. Körpəyə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb. Lakin bu gün körpənin yenidən halı pisləşib və yaxınları onu Cəlilabad Uşaq Xəstəxanasına aparıb. Xəstəxanada uşağın öldüyü məlum olub.
Ə.İsmayılovun yaxınları körpənin xəstəxanada keçindiyini bildirsələr də, həkimlər onun xəstəxanaya gətirilərkən yolda öldüyünü iddia edirlər.
Körpənin meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. 

Aktual.az
Xəbər 703 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR