“Cəhənnəm” kimi planet aşkarlandı - 4300 dərəcə isti

“Cəhənnəm” kimi planet aşkarlandı - 4300 dərəcə isti

Amerikalı astrofiziklər kosmosun ən isti planetini müəyyən ediblər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, planetin üzərində tempratur 4300 dərəcəyə çatır.

Planet Arizona ştatındakı Uayner rəsədxanasına məxsus KELT teleskopu ilə müəyyən edilib. Planet məhz həmin teleskopun şərəfinə KELT-9b adlandırılıb.

Astrofiziklər onun Yupiterə bənzədiyini bildiriblər. KELT-9b-nin tempraturu Günəşin tempraturundan 1200 dərəcə aşağıdır. KELT-9b planeti KELT-9 ulduzunun ətrafında fırlanır və bir dövrəni 1.5 günə tamamlayır. Həcminə görə Yupiterdən 2.8 dəfə böyük olsa da, çəkisinə görə Yupiterin yarısına bərabərdir.

Bu planet Yerdən 650 işıq ili qədər uzaqdadır.
 
Aktual.az
Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR