Cavid Qurbanov: Qatarlarda gediş haqqı dəyişməyəcək

Cavid Qurbanov: Qatarlarda gediş haqqı dəyişməyəcək

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Sumqayıt elektrik qatarlarında gediş haqqını artırmağı planlaşdırmır.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə QSC sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu məsələ onun sosial yönü nəzərə alınaraq nəzərdən keçirilmir: "Bununla belə, digər ölkələrlə müqayisədə bizim tariflər ucuzdur. Məsələn, Bakı-Sumqayıt xətti üzrə gediş haqqı 80 qəpik olduğu halda, Rusiyada eyni uzunluqda xətt üzrə gedişin qiyməti 6 dollar, Fransada isə təqribən 20 dollardır".

Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR