"Canon" plyonkalı fotoaparat istehsalını dayandırdı


"Canon" şirkəti özünün sonuncu EOS-1v markalı pylonkalı fotoaparat istehsalını dayandırır.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Canon" özünün rəsmi saytında məlumat dərc edib.
Faktiki olaraq EOS-1v istehsalını hələ 2010-cu ildə dayandırılıb. Bu günə qədər "Canon" yalnız qalan nüsxələrinin satışını həyata keçirirdi. Ancaq bununla belə, şirkət fotoaparatları 2025-ci ilin oktyabrın 31-nə qədər təmir etdirəcək. 2020-ci ilin 31 oktyabrından sonra isə aparatların sahiblərinə rədd cavabı verə bilərlər - hər şey yerdə qalan ehtiyat hissələrindən asılı olacaq.

Qeyd edək ki, EOS-1v modeli peşəkar 35 millimetr SLR kameradır. Onun dizaynı EOS-10 kimi modellər də daxil, şirkətin gələcək fotoaparatları üçün əsas yaradıb.
 
Aktual.az
Xəbər 712 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR