Cakartada kütləvi nikah mərasimi keçirilib

Cakartada kütləvi nikah mərasimi keçirilib
  • DÜNYA

İndoneziyanın paytaxtı Cakartada 400-dən çox cütlük Yeni ili kütləvi nikah mərasimində iştirak edərək qarşılayıb.

Aktual.az "Azərtac"a istinadən xəbər verir ki, yeni evlənənlər şəhərin mərkəzində qurulmuş çadırın altına toplaşıblar. Onlar burada and içərək, evlilik barədə şəhadətnamələri imzalayıblar.
Yerli hakimiyyət orqanları bu tədbiri toy etmək üçün maliyyə imkanları olmayan cütlüklər üçün təşkil edib.
İndoneziyada toy mərasimləri bəy ilə gəlinin dinin inanclarına uyğun olaraq təşkil edilir. Yalnız bundan sonra həmin nikahlar rəsmi olaraq təsdiq olunur.
Kütləvi nikah mərasimində Cakartanın meri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Aktual.az
Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR