Böyük Britaniyada parlament seçkilərinin yekun nəticələri açıqladı

Böyük Britaniyada parlament seçkilərinin yekun nəticələri açıqladı

Böyük Britaniyada keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, protokolların 100% hesablanmasından sonra Mühafizəkarlar 650 mandatdan 318-ni, Leyboristlər isə 262-ni əldə ediblər. 

Şotlandiya Milli Partiyası 35, Liberal Demokratik Partiyası 12, Şimali İrlandiya Demokratik Yunionist Partiyası – 10, Uels partiyası  3, "Yaşıllar” partiyası 1  mandat əldə edib.

Beləliklə, baş nazir Tereza Meyin Mühafizəkarlar Partiyası 650 yerlik İcmalar Palatasında parlament çoxluğunu itirib. Bu səbəbdən baş nazir parlamentdə 10 mandat qazanan Şimali İrlandiya Demokratik Yunionist Partiyası ilə koalisiya qurulacağını bildirib. Lakin bunun hansı formada həyata keçiriləcəyi hələ ki  məlum deyil.
 
Aktual.az 
Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR