“Bütün qanların, qətllərin baiskarı sizlərsiniz..!” Elşən Musayev

“Bütün qanların, qətllərin baiskarı sizlərsiniz..!”  Elşən Musayev

 Qərb və onun tərəfdaşları dünya siyasətində cüvəllağı bir oyuna baş vurub. Həmin dünyanı babat (uyğun) şərtlərlə bölüşdürməkdən dolayı. Üstəlik, bir də hamıya demokratiya və hüquq dərsi keçmək amacı ilə. Hələ bir dənə də üstəlik, yırtıq və nazilmiş maskalarını hər addımda aşkara çıxarmaqla...

Yəqin bu səbəbdəndir ki, Azərbaycan da eyni adlı kontekstdə istisna təşkil eləmir. Hökumət nə addım atsa, hüquq-mühafizə orqanları bəlli dairələrə aid emissarlardan hansını istintaqa cəlb eləsə, anındaca kənardan “müəllimlik”, “ağsaqqallıq” havası duyulur. Başımız üzərindən məsləhət və tövsiyələr əksik olmur...

ABŞ Dövlət Departamentinin mətbuat katibi Mari Xarfın növbəti açıqlaması da məlum qəbildəndir. Görün adam nə deyir: “Biz öz narahatlığımızı yetərincə aydın bəyan etmişik. 

Odur ki, Azərbaycan hakimiyyəti tərəfindən ABŞ-ın ünvanına səsləndirilən bütün ittihamlar sadəcə ölkədəki insan hüquqları ilə bağlı vəziyyətdən diqqəti yayındırma cəhdidir. Biz insan hüquqlarına dair bəyanatımızda buna kifayət qədər açıq işarə etmişik”

Eyvah! Narahatmışlar. Amma nədən? Bax bir də bunu tam təfsilatı ilə bilsək əməllicə xoşbəxt olarıq...

Oysa:

Günün günorta çağı öz ölkəndə qaradərililəri güllə qabağına ver,

Qaz balonunu dinc nümayişçilərə tuşla,

Cinayət Qanunvericiliyində ölüm hökmünü saxla,

Qəddafini, Səddamı öz maraqlarından dolayı devirib, günahsız xalqların qanına susa,

Ukrayna adında çiçək qoxusu verən bir məmləkət üzərindən genosid “yap”,

Uyğur qətliamını təşkil elə,

Bin Laden mifini yarat, ardınca o mifi yaşatmaq üçün 11 sentyabr terrorunu düzənlə, göydələn partlat, minlərlə insanın həyatına qənim kəsil,

“Quş”un qonan dövlətə “demokratik”, qonmayana “diktatura” damğasını vur, özünə sərf edəndə kor-kar, etməyəndə öncəgörən obrazına gir,

Liviyaya qoşun yeritmən üçün 21 dəqiqə kifayət eləsin, amma  BMT- nin Dağlıq Qarabağa aid 4 qətnaməsi 10 illər boyunca çərpələnq kimi gözlərin önündən küləyə sovrulsun,

Xocalı adda soyqırım nəzərindən qaçsın, fəqət erməni dılğırın utopik xülyası, saxta soyqırım iddiası Avropa İttifaqına əmr verəcək qədər diqqətini çəksin,

Halalca torpağına ayaq basan iki həmvətənimiz erməni əsirliyində can savaşı versin, bilməzdən keç,

Rusa göz dağı vermək üçün bütün dünyanın altını - üstünə çevir,

Narıncı, göy, qırmızı, boz inqilabların, bəşəriyyəti məhv edən qırğınların baiskarı ol,

İŞİD boyda bəlanı sevmədiyin, nifrət elədiyin ölkələr üzərinə sar,

NARAHAT OLMA!

Amma Azərbaycanda kimsənin tanımadığı hüquq müdafiəçisi, ya da üç min manata müxalifət partiyasının üzvlük vəsiqəsini alan ixtiyari bir kəs həbsə girsin – anındaca həyəcan təbili çal.

NARAHAT OL!  

P.S İndi özünüz deyin, bu narahatçılıq müqabilində şəninizə mələməmiş quzumu kəssək yerinə düşər, yoxsa “xryu - xryu” eləməmiş donuz balasımı?

Xəbər 4397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR