"Bulaq" restoranındakı atışma ilə bağlı 8 nəfərin məhkəməsi başlayıb - (FOTO)


Bakı Ağır Cinayətlər Məhkəməsində Tofiq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev, Fuad Əsgərov, Murtuza Tağıyev, Müzəffər Cəfərov, Araz Vəliyev və Süleyman Abdullayevın CM-nin 29,120.1 (qəsdən adam öldürməyə cəhd), 182 (hədə-qorxu yolu ilə tələb etmə), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qisminə istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə hazırlıq iclası keçirilib.
 
Aktual.az xəbər verir ki, ötən il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq” restoranında silahlı insident baş verib. Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev "Makarov" markalı tapançadan açılan atəşlər nəticəsində yaralanıblar, Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralını dostları Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "City Hospitala" gətirsələr də, 1-2 saatdan sonra araşdırmaya başlayan Bakı ş. Baş Polis İdarəs və Səbail rayon polis idarəsinin əməkdaşları yaralıları Kliniki Tibbi Mərkəzə köçürülmələrini təmin ediblər. Hadisə yerinə baxış zamanı 5 ədəd giliz və qan nümunələri götürülüb,  

Qeyd edək ki, polisə insident haqda ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqan məlumat verib. İş ondadır ki, onun istifadəsində olan "Chevrolet" markalı avtomaşın restoranın yanında parklanıb, Hoqan özü isə səfirin evində qonaq olub. Açılan atəşlərdən biri maşına dəysə də, xoşbəxtlikdən sükan arxasında əyləşən sürücüdən yan keçib. 

Qeyd edək ki, iş üzrə ibtidai istinta Bakı şəhər prokurorluğu tərəfindən aparılıb.

Hazırlıq iclasına təqsirləndirilən şəxslərdən ikisinin vəkili gəlmədiyi üçün proses təxirə salınıb.

Hazırlıq iclasının davamı fevralın 20-nə təyin edilib.






Xəbər 2916 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR