“Budcə layihəsi ideal səviyyədə hazırlanıb” – DEPUTAT

“Budcə layihəsi ideal səviyyədə hazırlanıb” – DEPUTAT

"İlk öncə günümüzün reallıqlarına uyğun, bütün sferaları əhatə edən bir layihənin hazırlanmasında yaxından iştirak etmiş aidiyyatlı qurum və təşkilatlara öz minnətdarlığımı bildirir, bu layihənin lehinə səs verəcəyimi qeyd edirəm. Ona görə günümüzün reallıqlarına uyğun olaraq deyirəm, çünki rəqəmlərlə real təzahürat bir-birini tamamlamalıdır. Təbii, arzulayardıq ki, bəzi istiqamətlərə, məsələn təhsil və səhiyyə kimi sahələrə ayrılması nəzərdə tutulmuş maliyyə vəsaiti daha artıq olsun. Amma bunu mənim kimi dövlət, hökümət, digər həmkarlarım da arzu edir. Yəni belə deyək: aidiyyatlı qurumlar mümkün olan ən yaxşı variantı Milli Məclisin müzakirəsinə təqdim ediblər. Biz də bütün həssas nüansları dəyərli hımkarlarımla birgə komitə iclaslarında ətraflı müzakirə edərək  plenar iclasa tövsiyyə etmişik”

Aktual.az  xəbər verir ki, bu fikirləri deputat İqbal Məmmədov Milli Məclisdə 2018-ci il büdcəsinin müzakirələri zamanı deyib.

Millət vəkili daha sonra bildirib: "Bu gün dəyərli hökümət üzvlərimizin burada iştirakından istifadə edərək Lerik seçicilərini narahat edən bir məsələni xüsusən qeyd etmək istəyirəm. Toxunacağım mövzunu ötən iclaslarda da dilə gətirmişəm. Bu avtomobil yolu haqdadır. Məlumunuzdur ki, Lerik rayonu Allahın bəxş etdiyi çox gözəl təbiətə malikdir, bu isə turizmin daha da inkişafı üçün gözəl perspektivlər yaradır. Amma Lənkəran-Lerik yolunda bir neçə ildir davam edən sıxıntılı vəziyyət proseslərin fonunda təsirsiz ötüşmür. İnsanlar Lənkərandan Lerikə getmək üçün çox və uzun saat məsafəsində yol qət eləməli olurlar. Belə olan halda isə bəzən ya yorğunluqdan, ya da əziyyətdən dolayı turistin Lerikə doğru yol alması cəlbedici olmur. Təbii, mən anlayıram ki, bunlar hamısı müvəqqəti problemlərdir. İnsanlara, seçicilərimə də qəti şəkildə söyləyirəm: "Azərbaycan yüksək inkişaf yolunda, mərhələsindədir. Yol siyasəti də, digər prioritetlər də mərhələ-mərhələ öz həllinə varır, varmalıdır, varacaq. Hər şey çox gözəl olacaq. Amma yenə də bir millət vəkili olaraq hökümətimizdən, aidiyyatlı qurumlardan xahiş edirəm ki, haqqında danışdığm mövzunu öz nəzarətlərində saxlasınlar. Ümid edirəm, tezliklə arzumuz reallaşacaq. Yolumuz da ən yüksək standartlara uyğun şəkildə çəkiləcək. Bir daha büdcə layihəsinin çox ideal formada hazırlandığını qeyd edərək, ona müsbət səs verəcəyimi vurğulamaq istəyirəm. Millətimiz və dövlətimiz üçün xeyirli olsun”

Xəbər 1073 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR