Bu "T-shirt"lər iki ölkə arasında qalmaqal yaratdı

Bu

Hər kəsin qarderobunun sevimlisi olan "T-shirt" Almaniya və Çin arasında qalmaqala səbəb olub.

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, Almaniyada satılan, üzəri yazılı köynəklər Çində narazılıq yaradıb. Belə ki, həmin geyimin üstündə "Bir çinli yeyin, min iti xilas edin", "Bir köpək balığını xilas edin, bir çinli yeyin" sözləri yazılıb. Bu, Çinin qəzəbinə səbəb olub və ölkədəki Berlin səfirliyinin rəsmilərini bu barədə addım atmağa dəvət edib.

Köynəkləri satan "Spreadshirt" firması üzr istəyərək etnik mənşə, milliyyət və din mövzularında ayrı-seçkilik və təhqir ehtiva edən şüarların qadağan olduğunu deyib. Lakin qarşı tərəf bu açıqlamadan razı qalmayıb və sözügedən köynəklərin satışının dayandırılmasını və daha geniş şəkildə üzr istənməsini tələb edib.
 
Aktual.az
Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR