Bu sindrom əzələnin əriməsinə səbəb ola bilər

Bu sindrom əzələnin əriməsinə səbəb ola bilər

Karpal tunel sindromu vaxtında düzgün diaqnoz qoyulmazsa, əzələnin əriməsinə səbəb ola bilər. Əllərdə və qollarda uyuşma, ağrı, gücün azalması bu sindromun əlamətləri ola bilər.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nevroloqu, tibb üzrə fəlsəfə doktoru Nuridə Tağıyeva universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, bu, əl biləyindən keçən sinirin sıxılması nəticəsində yaranan problemdir: "Sindroma həm kişi, həm də qadınlarda rast gəlmək olar. Qadınlar bu hal ilə əsasən ev işləri ilə məşğul olan zaman rastlaşırlar. Onlar bunu, eyni zamanda, keyimənin yaranması və xüsusən ilk üç barmağa sanki elektrik cərəyanı vurması kimi təsvir edirlər. Belə xəstələr adətən gecələr əllərdə ağrının artmasından şikayətlənirlər. Problemin gedişinə bağlı olaraq, bu ağrı yuxudan oyandıracaq qədər də arta da bilər".
Nevroloq sindromun digər əlamətləri barədə də danışıb: "Buna əldə gücün itməsi, əşyaları əldə tuta bilməmək, ağrının qola yayılması, əli sallamaqla ağrının azalması, barmaqlarda və ovucda hissiyatın itməsi, daha çox səhərlər şişlik və əldə qıcolmalar daxildir.
Revmatoid artrit, vətərin iltihabı, piylənmə, periferik sinirin şişləri və kistləri, yaşlanma buna səbəb ola bilər. Problemə, həmçinin şəkərli diabetdən əziyyət çəkənlərdə, spirtli içki istifadəçilərində və damar xəstəliyi olanlarda daha çox rast gəlinir.
Əzələnin əriməsinə qədər gətirib çıxaran bu sindrom vaxtında düzgün diaqnoz qoyularaq, müalicə oluna bilər. Müayinəsi əsasən elektomioqrafiya üsulu ilə icra olunur".
Xəbər 1294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR