"Bu şəhərdə" Coşqun ölümdən döndü - AĞIR ƏMƏLİYYAT


Xəbər verdiyimiz kimi, əməkdar artist Coşqun Rəhimov ötən gün üçüncü dəfə əməliyyat olunub.

Aktual.az-ın məlumatına görə, "Bu şəhərdə" komandasının prodüseri Müşviq Abbasov "ATV xəbər"ə açıqlamasında aktyorun boğazında yenidən şiş əmələ gəldiyini bildirib:

"Əməliyyat 3 saat çəkdi. Limfa düyünlərində problem var idi. Yenidən bir neçə törəmə yaranmışdı. İndi vəziyyəti yaxşıdır, bir neçə gündən sonra ayağa qalxacaq".

Qeyd edək ki, C.Rəhimov uzun müddətdir qalxanabənzər vəzin xərçəngi xəstəliyindən əziyyət çəkir.

Aktual.az

Xəbər 38578 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR