Bu qidalar qan şəkərini yüksəldir - Siyahı

Bu qidalar qan şəkərini yüksəldir - Siyahı

Diabet qan şəkəri səviyyəsinin yüksək olduğu metabolik xəstəlikdir

 


Ancaq qan şəkəri səviyyəsi mövzusunda narahat olan insanlar yalnız diabet xəstələri deyil. Dünyada hər bir insan qan şəkəri səviyyəsini düşünməlidir. Bu, son dərəcə əhəmiyyətlidir. Çünki sağlam insan uzun müddət ərzində yüksək qan şəkərinə sahib olarsa, bu vəziyyət diabet və hətta daha ciddi sağlamlıq problemləri ilə nəticələnə bilər. Yalnız şirniyyat deyil, fərqli növdə olan qidaların da qan şəkəri səviyyəsini yüksəltdiyini bilməlisiniz.
 
Aktual.az lent.az-a istinad`n qan şəkəri haqqında vacib məlumatlarla sizi tanış edir.
 
Yüksək qan şəkərinin simptomları
 
Davamlı olaraq acsınızsa, nə qədər çalışsanız da, artıq çəkidən azad ola bilmirsinizsə və mədə problemləriniz varsa, yüksək qan şəkəri simptomları ilə üzləşmiş ola bilərsiniz.
 
Qan şəkərini artıran faktorlar bunlardır:
 
- Zəif qidalanma
- Nizamlı məşetməmək
- Stress
- Müəyyən sağlamlıq problemləri
- Bəzi dərmanların istifadəsi
 
 
Yüksək qan şəkəri diabet simptomlarından yalnız biridir. Yəni birbaşa diabet mənasını vermir. Bəzi hallarda hiperqlikemiya (yüksək qan şəkəri) yaşayan insan hər hansı bir simptomla qarşılaşa bilər. Lakin müşahidə edilən ən çox yayılmış simptomlar bunlardır:
 
- Həddindən artıq susama
- Ağızda quruluq
- Davamlı aclıq
- Tez-tez sidiyə çıxma (gecə sidiyə çıxma ehtiyacı)
- Quru və qoturlanmış dəri
- Yorulma və ya da həddindən artıq əldən düşmək
- Konsentrasiyada çətinlik
- Qarında həddindən artıq yağlanma (çəki artımı)
- Təkrarlanan infeksiyalar
- Qeyri-səlis görünüş
- Cinsi gücsüzlük
- Kəsiklərin və yaraların gec sağalması
- Sinir problemləri
- Mədə problemləri
 
Yüksək qan şəkəri simptomlarını azaltmaq üçün bu qlisemik indeks qida siyahısını istifadə edə bilərsiniz.
 
Qlisemik indeks (GI) yüksək miqdarda karbohidrat ehtiva edən spesifik qidaların qan şəkəri səviyyəsini necə yüksəltdiyini ölçmək üçün istifadə edilir. Bu qidalar istinad bir qidayla, qlükoza və ya ağ çörəklə müqayisə edilərək dəyərləndirilir. Qlisemik indeksi yüksək olan qida orta və ya aşağı qlisemik indeksli qidalara nisbətən qan şəkərini daha çox yüksəldir. Qlisemik indeks şkalası 0-dan 100-ə qədərdir. Yüksək qlisemik nisbətə malik qidalar daha sürətlə həzm edilir. Aşağı qlisemik indeksli qidaları yedikdə yüksək qan təzyiqi simptomlarının qarşısını ala bilərsiniz. Çünki bu qidalar insulin səviyyəsini aşağı salır. Aşağı qlisemik indeksli qidaların sağlamlıq baxımından başqa faydaları da var. Çəki azaltma müddətində olduqca faydalı və təsirlidir. Buna görə də çəkinizi azaltmaq istəyirsinizsə, qan şəkəri səviyyənizi nəzarətdə saxlayın. Sonra isə aşağıdakı qlisemik indeksli qida cədvəlindən istifadə edin. Çalışın ki, aşağı qlisemik indeksli qidalar yeyəsiniz. Bu qidalar hədəflərinizə çox daha asan formada nail olmağınıza kömək edəcək.
 
Qlisemik indeksli qidaların siyahısı
 
Aşağı qlisemik indeks üçün ölçü 0-54 arasıdır.
 
- 1 yumurta – 0
- 1 stəkan brokoli - 10
- 1 orta boy soğan - 10
- 1 stəkan qoz - 15
- 1 stəkan albalı - 22
- 1/2 böyük qreypfrut - 25
- 1 stəkan qatıq - 23
- 1 sosiska - 28
- 1 stəkan lobya - 31
- 1 stəkan lobya - 34
- 1 orta boy alma - 38
- 230 ml pomidor suyu - 38
- 1 stəkan spagetti - 42
- 1 stəkan yaşıl üzüm - 46
- 230 ml ananas suyu - 46
- 1 böyük boy kök - 47
- 1 orta boy portağal - 48
- 1 böyük boy banan - 52
- 1 stəkan noxud - 54
 
Orta qlisemik indeks üçün ölçü 55-69 arasıdır. Bu qidaları diqqətlə yeyin:
 
- 1 stəkan qara düyü - 55
- 1 yemək qaşığı bal - 55
- 1 stəkan yulaf əzməsi - 58
- 1 boşqab makaron və pendir - 64
- 1 stəkan düyü - 64
 
Yüksək qlisemik indeksli qidalar (ölçü 70-100 arasıdır):
 
- 1 dilim ağ çörək - 70
- 2 stəkan partlamış qarğıdalı  - 72
- 1 düyü keksi - 78
- Qarğıdalı lopaları - 92
- 50 qr qlükoza - 100
 
Aktual.az
Xəbər 183 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR