Bu qanuna dəyişiklik ediləcək

Bu qanuna dəyişiklik ediləcək

Milli Məclis "Sosial sığorta haqqında” qanuna dəyişiklik etməyə hazırlaşır.

Modern.az-ın məlumatına görə, qanunun 14-cü (Məcburi dövlət sosial sığorta haqqı) maddəsində dəyişiklik ediləcək.

Dəyişikliyə əsasən, indiyədək hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilirdisə, bundan sonra, yalnız nağd qaydada ödəniləcək.

Qanuna dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.
 
Aktual.az
Xəbər 605 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR