Bu orqanlar insana LAZIM DEYİL – Alimlərdən İDDİA

Bu orqanlar insana LAZIM DEYİL – Alimlərdən İDDİA

Britaniya alimləri hesab edirlər ki, təkamül prosesinin indiki mərhələsində insana üçüncü göz qapağı, büzdüm sümüyü, qulaq əzələsi, ağıl dişləri və kor bağırsaq lazım deyil.
Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, alimlərin qənaətinə görə, üçüncü göz qapağı heyvanlara lazımdır – onlar gözün nəmliyini qorumaq üçün istifadə edirlər. İnsan isə əsas göz qapağını yummaqla gözünün nəmliyini saxlaya bilər. Büzdüm sümüyü qədim insanlara lazım olub: ağaclarda rahat otura bilmələri üçün. Ağıl dişləri də gec çıxdığı üçün insan mövcud dişləri ilə qidanı əzməyi çoxdan öyrənir. Ağıl dişi isə ağrı verməkdən başqa bir işə yaramır. Qulaq əzələsi də alimlərin xoşuna gəlməyib: heç bir işə yaramadan kəllədə maneəçilik yaradır. Kor bağırsağın bədəndə qoruyucu funksiya daşımasına baxmayaraq alimlər hesab edirlər ki, əgər o kəsilib atılandan sonra da insan normal yaşayırsa, onda bədəndə niyə artıq yer tutur?!
 
Aktual.az
Xəbər 773 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR