Bu mallar gömrük rüsumundan azad edildi

Bu mallar gömrük rüsumundan azad edildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərara dəyişiklik edib.


Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, uzunmüddətli enerji təchizatının təminatı, daxili və xarici bazarlar üçün müasir standartlara cavab verən rəqabətqabiliyyətli neft-qaz və neft-kimya məhsullarının istehsalının təmin edilməsi məqsədi ilə Dövlət Neft Şirkətinin Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifə əsasən Nazirlər Kabineti tərəfindən iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıq və materiallar gömrük rüsumundan azad edilib.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il dekabrın 31-dək qüvvədə olacaq.

 
Aktual.az
Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR