Bu ölkələr Qətərlə bağlı şəxslərin və təşkilatların "qara siyahıları"nı yaydı

Bu ölkələr Qətərlə bağlı şəxslərin və təşkilatların

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin milli təhlükəsizlik orqanları Qətərlə bağlı 59 şəxsi və 12 qurumun adını öz ərazilərində qadağan olunmuş "qara siyahılar”a daxil edib.

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu siyahılar mütəmadi olaraq yenilənəcək və elan ediləcək.

"Siyahıya daxil edilənlər Qətərlə bağlıdır və onun şübhəli planlarına xidmət edirlər. Bu, Qətərin ikili siyasətini göstərir. Bu dövlət bir tərəfdən terrorizmlə mübarizə apardığını bəyan edir, digər tərəfdən müxtəlif terror təşkilatlarını maliyyələşdirir, dəstəkləyir və sığınacaq verir”, - deyə bəyanatda vurğulanıb.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn dövlət terrorizmlə mübarizədə səylərinin birləşdirilməsi və regionda təhlükəsizliyin bərqərar olmasının vacibliyini önə çəkərək vurğulayıb ki, bu cür şəxs və qrupların təqib olunmasında ciddi fəaliyyət göstərəcəklər, istər regional, istərsə də qlobal miqyasda bu istiqamətdə dəstəyini əsirgəməyəcəklər. Onlar terrorla mübarizəni davam etdirəcək, mənbəyindən asılı olmayaraq terrorizmin maliyyələşdirilməsini hədəfə alacaq.

Bəyanatda siyahıya daxil edilən şəxslər və təşkilatların adlar qeyd olunub.
 
Aktual.az
Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR