Bu ölkədə yaraşıqlı kişiləri deportasiya edirlər - qadınları...

Bu ölkədə yaraşıqlı kişiləri deportasiya edirlər - qadınları...

Dünyada qadın haqları ilə bağlı həyata keçirilən araşdırmalarda adı daim "qara siyahı”da olan Səudiyyə Ərəbistandakı qadınların yaşadığı çətinliklər barədə eşidəndə çox təəccüblənəcəksiz. Son zamanlar Azərbaycana axın edən ərəb turistləri, xüsusən də qadınları.

Hərdən bizə elə gəlir ki, bu ölkədə qadınların yeganə hüquq pozuntusu çoxarvadlılığın hökm sürməsi, eyni zamanda bəzi azadlıqlarının məhdudlaşmasıdır. Əslində isə… Qadınların insan yerinə qoyulmadığını göstərən bir çox qadağa və məhdudiyyətlər var.

Onlardan bir neçəsini nəzərinizə çatdıraq. Səudiyyə Ərəbistanda bütün qadınlar, hətta əcnəbilər belə ancaq qara geyinərək bağlanmağa məcburdular. Ayaqları da daxil olmaqla bütün bədənləri qapanmış olmalıdır.

Milli dəyərləri sıradan çıxardığı iddiası ilə qadınların maşın sürməsi də uzun illərdir ki, qadağan olunub. Bu gün isə məhdud sayda da olsa qadın sürücü var.

Bəlkə güləcəksiniz. Amma Ərəbistanda çox yaraşıqlı olduğu üçün ölkədən deportasiya edilən kişilər də var. Buna səbəb həmin yaraşıqlı kişilərin qadınları günaha batıra biləcəyidir. Bu şəxslərdən biri Omar Borkandır. Amma o, yeganə deyil. Bu günə qədər 3 belə deportasiya olunan şəxs var.

Daha bir fakt. Din polisləri qadınları günlük həyatda təqib etmək məcburiyyətindədir. Əgər şəriətə uyğun olmayan bir davranış görsələr, polislərin qadınları cəzalandırmaq hüququ var.

Heç bir qadın yanında kişi qohumu olmadan taksiyə minə, harasa gedə bilməz. Kişilər və qadınlar eyni restoranda yemək yeyə bilmir. Qadının yanında bir kişi qohumunu olması lazımdır. Fast food restoranlarında isə ödəmə üçün qadınlar və kişilər fərqli kassalardan istifadə edirlər.
Qadınlar 2015-ci ilə qədər seçmə və seçilmə haqqına sahib deyildilər.

İlk dəfə 2012-ci ildə London Olimpiadalarına qadın idmançı göndərildi. Məhkəmələrdə 2 qadının şahidliyi 1 kişinin şahidliyinə bərabərdir. Təcavüz hadisələrində qadınların şahidliyi keçərsizdir.

Bu ölkənin cəmi bir şəhərində - Riyadda qadınlar ictimai nəqliyyatdan istifadə edə bilirlər. Təbii ki, qadın və kişi bölümləri bir-birindən ayrıdır.
30 il boyunca qadağan olunan kinoteatr təkcə Riyada gəldi. Ancaq sadəcə kişilər və 10 yaşından kiçik qızlar izləyə bilirlər. Bu, qadınlara yasaqdır.
Ölkənin qabaqda gedən müftülərindən biri fətvasında iki gözün təhrik edici olduğunu iddia edərək, tək gözü açıq qoyan özəl peçələr geyilməsini istəyib.
Qadınlar bir şərtlə universitetə gedə bilirlər. Əgər müəllim qadın olarsa. Yox, əgər müəllim kişidirsə, bu halda qadın şagirdlər ancaq onun dərs videosuu izləyə bilirlər.

Əgər qadın boşanar və ya dul qalarsa, oğlan övladının vəlayətini uzağı 7 yaşa qədər, qızının vəlayətini isə 9 yaşına qədər əlində tuta bilir. Bundan başqa, qadın boşandığı ərindən ilk 3 ay içində aliment ala bilir.

Bir qadın ərinə kofe hazırlamasa, əri onu boşaya bilər.

Qadınlar ərlərinin icazəsi olmadan uşaqları adına ayrı bank hesabı aça bilmir. Banka təkbaşına getmələri də qadağandır. Sadəcə qadın işçilərin olduğu özəl banklara gedə bilərlər.

2006-cı ildə 7 adam tərəfindən təcavüzə uğrayan 19 yaşlı gənc qadın, bir kişi ilə bərabər olmağa görə qırbac cəzasına məruz qalıb. O, bununla parallel 6 aylıq həbs cəzası da alıb.

Daha bir absurd. Bir kişi həkim qadını müayinə edirsə, bunun üçün onun yanında mütləq qadının qohum-əqrəbası olmalıdır.

Ən sonuncu fakt və ən dəhşətlisi. 2002-ci ildə qızlar yataqxanasında yanğın çıxmışdı. Həmin vaxt yanğınsöndürənlərin yataqxanaya girməsinə icazə verilmədiyi üçün 15 nəfər qız tələbə yanaraq can verdi.

Binaların planı da daxil olmaqla gündəlik həyatın hər sahəsi səudiyyəli qadınların kişilərdən ayrı olmasını şərt qoyur. Kral Abdullahın 2011-ci ildə qadınlara da idarəetmədə vəzifə verəcəyini açılqması ölkədə ciddi qalmaqala səbəb olmuşdu. Həmin vaxt mühafizəkarların üsyanı ilə qadın haqları müdafiəçilərinin sevinci bir-birinə qarışmışdı. Məsələn, bu qadınlar ədəb-ərkana uyğun bir şəkildə necə fəaliyyət göstərəcəkdilər? Həmkarları ilə video vasitəsilə əlaqə quracaqları başqa bir sahələri olmalı idi? Fakültələr də daxil, Səudiyyə Ərəbistandakı heç bir məktəbdə qarışıq təhsil yoxdur və bəzi universitetlər qarşı cinsdən olan müəllimlərin dərs keçməsi üçün video dərs üsulundan istifadə edirlər.

Hazırda isə yeni siyasət ərəb qadınların mağazalarda satıcı olaraq işə götürülməsinə imkan verir. Amma maraqlı bir üsulla. Riyaddakı bir alışveriş mərkəzində yerləşən mağazanın "Ailələrə məxsus” tablosu asılan hissəsinə ancaq ailəli kişilər daxil ola bilir. Bundan başqa, hansı məhsulları qadınlar sata bilər, bunu müəyyənləşdirən ayrıca qaydalar da var. Məsələn, kişilərə özəl kremlərin, üzqırxma məhsullarının satıldığı şöbədə qadın satıcılar çalışmır.

Səudiyyə Ərəbistanda həm qadınlara, həm də kişilərə xidmət verən bütün restoranlar iki hissəyə ayrılıb. "Subaylar” bölümü sadəcə kişilərə, "ailə” bölümü isə qadınlar, uşaqlar və yanlarındakı yaxın qohum olan kişilərə xidmət göstərir. Qan və ya evlilik bağı olmadığı halda özünü belə aparan cütlüklər din polisi tərəfindən zorla restorandan çıxarılır. Çünki qanunlar və cəmiyyət qaydaları onların birgə oturmalarını qadağan edir. (musavat.com)

Xəbər 6448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR