Bu ölkədə uşaqlara 4 ad və ikili soyad veriləcək

Bu ölkədə uşaqlara 4 ad və ikili soyad veriləcək

Finlandiya ad və soyad seçiminə dair qanunvericiliyini yeniləyir.

"Yle” teleşirkəti xəbər verir ki, yeni qanun uşaqlara dörd ad və valideynlərinin ümumi ikili soyadını verməyə imkan yaradır. Ədliyyə Nazirliyinin işçi qrupu bununla seçim azadlığını genişləndirməyi təklif edir.

Yeni qanuna görə, uşaqlara hazırda qüvvədə olan üç ad əvəzinə dörd ad, habelə valideynlərinin müxtəlif soyadlarından ibarət ikili soyad vermək mümkün olacaq.

Uzun müddət bir yerdə yaşayan, amma rəsmən evli olmayan cütlüklər ümumi soyad götürmək hüququ əldə edəcəklər(azərtac).
 
Aktual.az
Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR