Bu ölkədə heç kim prezident olmaq istəmir

Bu ölkədə heç kim prezident olmaq istəmir

Albaniya parlamenti səsvermənin birinci mərhələsində prezident seçə bilməyib.

Aktual.az  azvision.az-a istinadən xəbər verir ki, buna səbəb ölkənin baş naziri Edi Ramanin başçılıq etdiyi hakim partiyanın prezident seçkilərində heç kimin namizədliyini irəli sürməməsidir.

"Biz müxalifətlə dialoq aparmaq arzusunda olduğumuzu nümayiş etdirmək məqsədilə yeni prezidentin seçilməsi ilə bağlı namizədlər irəli sürməmişik", - Parlamentin sədri İlir Meta bildirib.

Qeyd edək ki, prezidentliyə namizədin qələbə qazanması üçün 140 deputatdan 84-ü ona səs verməlidir. Əgər beş raunddan sonra dövlət başçısı seçilməsə indiki parlament buraxılacaq. Maraqlıdır k, bu ölkədə nədənsə heç kim prezident olmaq istəmir.
 
Aktual.az 
Xəbər 124 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR