Bu küçələrdə rənglənmə işləri gedir - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Bu küçələrdə rənglənmə işləri gedir - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

"Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
 
Qurumun mətbuat xidmətindən Aktual.az-a  verilən  məlumata görə,  müvafiq işlər bu axşam saat 22:00- dan  etibarən  Nərimanov rayonu, Ağa Neymətulla küşəsində, Səbail rayonunun isə  Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində  aparılacaq. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.
 
Aktual.az
Xəbər 257 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR