Bu kənddə siqaret çəkənə qız verilmir - QADAĞA

Bu kənddə siqaret çəkənə qız verilmir - QADAĞA
  • DÜNYA

Qız istəmək üçün gələnlərə verilən ilk sual gələcək kürəkənin siqaret çəkib-çəkməməsi ilə bağlıdır.

Aktual.az Publika.az-a istinadən  xəbər verir ki, bunu Türkiyənin Batman vilayətinin Yaylıca kəndində edirlər.
Kəndin demək olar ki, bütün vətəndaşları siqaret çəkməkdən imtina edib. Siqaret çəkilməsi qadağan edilən kəndin girişinə "Siqaret çəkmək ayıbdır” yazılan lövhə asılıb.
Kəndin sakini Kudbettin Sinet 30 il çəkdiyi siqareti bir neçə il əvvəl tərgidib. Onun bu addımı "siqaretsiz kənd” kampaniyasına müsbət təsir göstərib. Qısa müddət içərisində kənd sakinlərinin böyük hissəsi siqaretlə vidalaşıb. Nəticədə vətəndaşlar və kənd rəhbərliyi bir araya gələrək kənddə siqaret çəkilməsini qadağan ediblər.
Kudbettin Sinet bildirir ki, kənddə hələ də siqaret çəkən bir neçə sakin var. Lakin onlar utandıqları üçün siqareti kənddən kənarda çəkirlər.

Aktual.az 
Xəbər 897 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR