Bu ilin sonuna kimi avro zəifləyəcək

Bu ilin sonuna kimi avro zəifləyəcək

Avropa Mərkəzi Bankı (ECB), böyük ehtimalla, 2018-ci ilin əvvəlindən monetar ekspansiyanı yavaşladacaq.

Aktual.az xəbər verir ki, bu barədə Report Reuters agentliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, bir neçə həftə sonra ECB monetar ekspanisiya proqramının perspektivlərini müzakirə etmək üçün toplanacaq. Ümumi həcmi 2,3 trln. avro (2,7 trln. dollar) olan cari proqramın müddəti dekabr ayında bitir. Oktyabrın 26-da ECB proqramı bitirmək, həcmini azaldaraq uzatmaq və ya hazırkı həcmdə uzatmaq barədə qərar qəbul edəcək. Xatırladaq ki, hazırda ECB Avropa maliyyə bazarlarından ayda 60 mlrd. avro (70 mlrd. dollar) həcmində istiqraz alır.
Bu arada Avstriya Mərkəzi Bankının rəhbəri və ECB-nin İdarə Heyətinin üzvü Evald Novotnı deyib ki, 2018-ci ildən proqramı tədricən azaltmaq yönündə qərar qəbul ediləcək.E.Novotnının açıqlamalarından sonra avro əsas rəqibi olan ABŞ dolları ilə müqayisədə ucuzlaşmağa başlayıb. Nəticədə məzənnə 1,1770 USD/EUR-dan 1,1730 USD/EUR-a düşüb.
 

Aktual.az

Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR