Bu ilin ilk 2 ayında 130 mln. manatdan artıq sığorta haqqı toplanıb

Bu ilin ilk 2 ayında 130 mln. manatdan artıq sığorta haqqı toplanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti 130,2 mln. manat məbləğində sığorta haqları toplayıb, 40,5 mln. manat sığorta ödənişi həyata keçirib. 

Aktual.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 106,8 mln. manat, ödənişlər isə 29,6 mln. manat təşkil edib. 
İcbari sığorta bazarı üzrə haqlar 23,4 mln. manat, ödənişlər isə 10.9 mln. manat olub.

2018-ci ilin yanvar-fevral ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 82%-i könüllü, 18%-i isə icbari sığorta növlərinin payına düşmüşdür. Sığorta ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşıb. 
Xəbər 559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR