Bu il qanvermə aksiyalarından nə qədər qan toplanıb? - RƏSMİ

Bu il qanvermə aksiyalarından nə qədər qan toplanıb? - RƏSMİ

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu ilin ilk 6 ayı ərzində B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri tərəfindən 234 qanvermə aksiyası keçirilib.

Aktual.az  xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aksiyalar Mərkəzi Qan Bankında, MQB-nın Gəncə bölməsində, MQB-nın Şəki bölməsində, MQB-nın Bərdə bölməsində, MQB-nın Mingəçevir bölməsində, MQB-nın Quba bölməsində, MQB-nın Şirvan bölməsində və MQB-nın Lənkəran bölməsində təşkil olunub. 
 
Ümumilikdə, paytaxt və regionlarda keçirilən aksiyalarda 63787 nəfər donor iştirak edib. Nəticədə keçirilən qanvermə aksiyalarında 29979,9 litr qan toplanıb. 
Qeyd olunub ki, aksiyalarda hər bir donorun sağlamlığı öncədən müəyyən olunur. Onlardan qan analizi götürülərək sağlamlıqları müəyyənləşdirilir. Tədarük olunan qan və qan komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur.
 
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.
 
Aktual.az 
Xəbər 249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR