Bu il Azərbaycanda 73 719 abunəçi qazla təmin olunub

Bu il Azərbaycanda 73 719 abunəçi qazla təmin olunub

2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 73 719 yeni abunəçi qeydiyyata alınıb.

Aktual.az  "Azəriqaz” İB-yə istinadən xəbər verir ki, bunun da 37 789-u Bakı, Abşeron və Sumqayıt, 35 930-u isə regionlar üzrədir.
Bununla da ölkə üzrə təbii qazla təmin olunan abunəçilərin sayı 2 077 503-ə çatıb.
Noyabrın 1-i tarixinə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 457 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb. 
 
Aktual.az
Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR