Bu il Azərbaycanda 200 əkiz, 18 üçəm doğulub

Bu il Azərbaycanda 200 əkiz, 18 üçəm doğulub

Bu ilin yanvar ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11938 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,4 təşkil edib.

Bu barədə "Report”a Dövlət Statistika Komitəsindən bildirilib.
Həmin dövrdə doğulan körpələrin 52,9 faizi oğlan, 47,1 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 200-ü əkiz, 18-i üçəm doğulanlardır.
Bundan başqa, bu ilin yanvar ayında ölkədə 5284 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib.
Cari ilin birinci ayı ərzində qeydiyyat şöbələri tərəfindən 4329 nikah və 1230 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2, boşanmaların sayı isə 1,5 olub.
Bu ilin yanvar ayında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 210 nəfər Azərbaycana gələn, 99 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 111 nəfər təşkil edib.
 
Aktual.az
Xəbər 249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR