Bu gün “Qarabağ”ın oyununa gedənlərin nəzərinə!

Bu gün “Qarabağ”ın oyununa gedənlərin nəzərinə!
  • İDMAN

Bu gün "Qarabağ” komandası tarixində ilk dəfə vəsiqə qazandığı Çempionlar Liqasının qrup mərhələsində sonuncu ev oyununa çıxacaq.

Aktual.az xəbər verir ki, bu gün "Çelsi” ilə qarşılaşacaq "Qarabağ” futbol klubu rəsmi İnstaqram səhifəsində azarkeşlərə müraciət edib.
Məlumatda bildirilir:

"Girişdə qarışıqlıq yaşamamaq üçün arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən istifadə edin. Çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır. İctimai dayanacaqla bağlı N qapısında yerləşən Şimal körpüsündən, metronun "Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir. Heydər Əliyev prospektində yerləşən ictimai dayanacaq oyundan 3 saat əvvəl açıq olacaq.

Qarşılaşmaya 3 saat əvvəl gəlməyiniz xahiş olunur”.

Aktual.az
Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR