Bu gün "Eurovision"un finalıdır

Bu gün

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision" mahnı müsabiqəsinin finalı keçiriləcək.

Aktual.az axşam.az-a istinadən bildirir ki, 26 ölkənin təmsilçisi final uğrunda mübarizə aparacaqlar.
Birinci yarımfinalda Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, ikincidə isə Serbiya, Moldova, Macarıstan, Ukrayna, İsveç, Avstraliya, Norveç, Danimarka, Sloveniya və Niderland finala vəsiqə qazanıb.
Birbaşa finalda çıxış edəcək ölkələr Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və müsabiqənin ev sahibi olan Portuqaliyadır.

Qeyd edək ki, müsabiqədə ölkəmizi təmsil edən Aysel Məmmədova finala vəsiqə qazana bilməyib.
 
Aktual.az
Xəbər 575 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR