"Bu gün Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur" – Allahşükür Paşazadə


"Bu gün Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur".


Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Ramazan bayramı münasibətilə qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədri əlavə edib: "Bu gün biz burada iki məzhəb rəhbərləri və nümayəndələri birlikdə vəhdət namazı qılırıq, ibadət edirik. Əlbəttə ki, bu, mükəmməl din-dövlət münasibətlərinin nəticəsində mümkün olur və bunun üçün biz dövlətimizə təşəkkürümüzü bildiririk. Eyni zamanda Azərbaycanın bütün bölgələrində, bütün məscidlərdə bu gün vəhdət namazı qılınb".

 
Aktual.az  
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR